Baldızının 5 yaşlı qızına sataşan şəxsə 15 il cəza istəndi

Baldızının 5 yaşlı qızına sataşan şəxsə 15 il cəza istəndi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək Zaur Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi oktyabrın 9-a kimi təxirə salınıb. Qeyd edək ki, hadisə Xətai rayonunda baş verib. Zaur Məmmədov qonşuluqda yaşayan bacanağının 5 yaşlı qızı Xatirəyə (ad şərtidir-red) dəfələrlə seksual xarakterli hərəkətlər edib.

Uşağın valideynləri hadisədən xəbər tutandan sonra polisə müraciət ediblər. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Məmmədov həbs edilib. Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 095 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...