Saxlanılan vəzifəli şəxs Şəmsəddin Xanbabayevin kürəkənidir

Saxlanılan vəzifəli şəxs  Şəmsəddin Xanbabayevin kürəkənidir

Xəbər verdiyimiz kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis
müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs saxlanılıb.


Unikal.org-un əldə etdiyi məlumata görə, saxlanılan E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ş.Xanbabayevin kürəkəninin saxlanıldığını təsdiqləyib:

“Bəli saxlanılan şəxs kürəkənimdir.Biz də indi məlumat almışıq.Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...