Rusiyada azərbaycanlı iş adamını soyanlar həbs edilib

Rusiyada azərbaycanlı iş adamını soyanlar həbs edilib

Rusiyanın Tixvin şəhərində 2012-2014-cü illərdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəmzlərini istifadə etməklə iş adamlarına qarşı quldurluqlar törətmiş dəstənin üzvü olmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, dəstənin qalan üzvləri hələ 2018-ci ildə məhkum olunublar.

Dəstənin yeni tutulan 34 və 31 yaşlı bu iki üzvünün 2014-cü ildə FTX rəmzləri olan geyimdə Azərbaycandan olan bir iş adamına hücum edərək üstündə “istintaq komitəsi” yazısı olan mikroavtobusa salaraq onun 1,5 milyon ABŞ dollarını nəğd şəkildə əlindən aldıqları güman olunur.

Bəziləri əvvəllər hüquq mühafizə orqanlarında və mühafizə şirkətlərində çalışmış dəstə üzvləri quldurluq, mütəşəkkil dəstə yaratmaq, adam oğurluğu, qəsb, qanunsuz silah dövriyyəsi maddələri ilə təqsirli biliniblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...