MTN-in polkovnikinin himayə etdiyi şirkət rəhbərinə cinayət işi açıldı
“Mandarin Travel” turizm şirkətinin rəhbəri Kərimova Ellada Məmməd qızına qarşı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
“Yeni Sabah”ın məlumatına görə, E.Kərimova bir qrup şəxsə qarşı xeyli miqdarda dələduzluq etdiyi üçün ona qarşı Bakı Şəhər Baş Polis İdarəsinin istintaq İdarəsində Cinayət Məcəlləsinin 178.2.4 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim İbrahim İbrahimlinin icraatına verilib.
Qeyd edək ki, 15 ildən artıq turzim şirkətini idarə edən Ellada Kərimova onlarla vətəndaşın pulunu mənimsəyib. Bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Kərimova Ellada, əri Abbasov Ceyhun və oğlu Elməddinə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Lakin ailəyə “himayədarlıq” edən keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməkliyi ilə bu iş dayandırılıb və ittiham olunanlar hansısa yollarla ölkəni tərk etməyə müvəffəq olublar.
24.08.2017-ci il tarixdən etibarən Ofeliya Mahmudovanın köməyi ilə Türkiyənin İstanbul şəhərinə qaçan Kərimova Ellada öz uşaqları-oğlu Əsgərzadə Elməddin və qızı Əsgərova Tamara ilə birlikdə orada işlə təmin olunaraq Ofelya Mahmudova tərəfindən demək olar ki, sığınacaq alıblar. Ancaq Ofelya Mahmudova Ceyhun Abbasovu Bakıda girov saxlayaraq, öz çirkin işlərini həyata keçirtmək üçün ondan dəstək istəyib. Ancaq şikayətçilərin sayı çoxaldığından Ellada Kərimova barədə olan cinayət işi təzələnərək Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib və barəsində axtarış elan olunub.
643 dəfə oxundu