İcra başçısı həbs edilən rayonun prokuroru işdən çıxarıldı - FOTO

İcra başçısı həbs edilən rayonun prokuroru işdən çıxarıldı -
Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib.

"Report"un xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev tutduğu vəzifədən azad olunub. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.


İcra başçısı həbs edilən rayonun prokuroru işdən çıxarıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...