Donbasda Ukraynanın polkovniki öldürüldü

Donbasda Ukraynanın polkovniki öldürüldü
Ukraynanın Donbas bölgəsinin Luqansk vilayətində döyüş tapşırığını yerinə yetirərkən polis patrul xidmətinin xüsusi təyinatlı “Luqansk-1” taborunun komandiri, polkovnik Sergey Qubanov həlak olub.
“Report” xəbər verir ki, bunu Luqansk Vilayət Polisi açıqlayıb.
Məlumata görə, S.Qubanovla birgə hərəkət edən 3 silahdaşı qəlpə yarası alıblar.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Qeyd edək ki, daha öncə separatçı “Luqansk Xalq Respublikası”nın başçısı Leonid Paseçnik Ukraynanı yeni hücumla təhdid etmişdi.
Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...