Qusarda canavarlar təsərrüfata hücum edərək 12 qoyunu parçaladı

Qusarda canavarlar təsərrüfata hücum edərək 12 qoyunu parçaladı

Qusar rayonunda canavarlar vətəndaşlara məxsus təsərrüfata hücum edib...

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb. Kənd sakini Şöhrət Nemətova məxsus tövləyə girən yırtıcılar 11 qoyunu parçalayıb.

Bundan başqa, canavarlar digər kənd sakini Cavanşir Zeynalovun da bir baş qoyununu yeyiblər.

Zərərçəkənlərdən birinin sözlərinə görə, hadisə gecə saat 3-4 radələrində baş verib. Yerli sakin bildirib ki, iki ay əvvəl də kənddə canavarların təsərrüfata hücumu qeydə alınıb.

Faktla bağlı müvafiq qurumlara məlumat verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...