"Kamaz"a minib Bakıya gələn qızları polis postunda tapdılar

"Kamaz"a minib Bakıya gələn qızları polis postunda tapdılar

İyunun 19-da axşam saatlarında paytaxt sakinləri 2004-cü il təvəllüdlü Alamə Kərimova, 2006-cı il təvəllüdlü İlahə Ələsgərova və 2010-cu il təvəllüdlü Səkinə Ələsgərovanın qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmələri ilə bağlı valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, azyaşlılar qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndindən Bakı şəhərinə qayıtmaq qərarına gəlib, bu məqsədlə qızlar yola çıxaraq Bakı istiqamətinə gedən “Kamaz” markalı yük avtomobilinə miniblər.

Azyaşlılar paytaxta yaxınlaşarkən gecə 03 radələrində Salyan rayonu ərazisindəki polis postlarının birində aşkarlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideynlərinə sağ-salamat təhvil veriliblər.

İtkin düşmüş şəxslərdə hər hansı xəsarət və ya xəsarət izi, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...