Qax İcra hakimiyyətinin maşını körpüdən aşdı: 1 ölü, 4 yaralı

Qax İcra hakimiyyətinin maşını körpüdən aşdı:

Azərbaycanda rayon icra hakimiyyətinə məxsus avtomobil körpüdən düşüb.

“Report” xəbər verir ki, hadisə Qax şəhərində bş verib.

Belə ki, Qax Rayon İcra Hakimiyyətinə məxsus (RİH) “34 AA 054” dövlət nömrə nişanlı “QAZ 3110” markalı avtomobil Kürmük çayı üzərindəki körpüdən düşüb.

Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ölən şəxs Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahid Əhmədovdur.

Yaralıların adları dəqiqləşdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...