DTX tərəfindən tutulan XİN-in daha iki əməkdaşı ev dustaqlığına çıxmaq istəyir

DTX tərəfindən tutulan XİN-in daha iki əməkdaşı ev dustaqlığına çıxmaq istəyir
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barələrində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət ediblər.

APA xəbər verir ki, hər ikisinin şikayəti bu gün Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hər iki şəxs DTX tərəfindən saxlanılıb. Onlara rüşvət alma maddəsi ilə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...