İsmayıllıda koronavirus xəstəsinə cinayət işi açıldı

İsmayıllıda koronavirus xəstəsinə cinayət işi açıldı

İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Göytəpə kənd sakini Yusif Mirzəliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib.

Lakin Y.Mirzəliyev infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, karantin qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən o, yaşadığı ünvana geri göndərilib.

İsmayıllı Rayon Polis Şöbəsində Y.Mirzəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...