Məktəb direktoru Azərbaycandan, Türkiyədən və Pakistandan üzr istədi - "“Qubadlı aşı" bişirmişdim"

Məktəb direktoru Azərbaycandan, Türkiyədən və Pakistandan üzr istədi -
Özünə ad günü keçirən 187 saylı məktəbin direktoru Nailə Məmmədova Azərbaycandan, Türkiyədən və Pakistandan üzr istəyib.

Pravda.az-ın xəbərinə görə, N.Məmmədova deyib ki, şənliyi noyabrın 27-də öz evində Qubadlı rayonunun işğaldan azad edilməsi münasibətilə təşkil edib.

“Anam mənə dedi ki, “Qubadlı aşı” bişir”, bizi başına yığ. Həmin vaxt da mənim 60 illik yubileyimə təsadüf edirdi. Öz evimdə 12 nəfərdən ibarət məclis təşkil etdim. Unutmayaq ki, Azərbaycanda noyabr 27-də sərtləşdirilmiş karantin rejimi tətbiq edilmirdi. Restoranlarda da 10 nəfərdən ibarət məclis təşkil etməyə icazə verilirdi... Heç bir restoran qapısına üz tutmadım, məclisi öz evimdə keçirdim. Ad günü keçirməyim, övladımın mənə hədiyyə etdiyi tortu kəsməyim qəbahətdirsə, Azərbaycan dövlətindən, Prezidentdən, xalqdan üzr istəyirəm. Ulu öndər Azərbaycan müəlliminə böyük ad verib. Övladlarımızı vətənpərvərlik ruhunda tərbiyə edirik, bu da qələbə qazanmağımız üçün əsas məsələdir. Ona görə də bu qələbə müəllimlərindir, qələbənin imzasını müəllimlər atıb. O əsgərlərin əlinə qələm verib “ana”, “vətən” sözünü yazdıran biz olmuşuq. Hər bir məmurun müəllim qarşısında borcu var. Mən qələbəyə həsr edilən marş yazmışam. Pakistana, Türkiyəyə şeirlər həsr etmişəm. Etdiklərim qəbahətdirsə, Azərbaycandan, Türkiyədən, Pakistandan üzr istəyirəm. Qardaşıma görə belə kampaniyanın qurulması düzgün deyil” – direktor qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...