Şirvanda vəzifəli şəxslər barədə cinayət işi məhkəməyə göndərildi
Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Kombinatı Müəssisəsinin rəisi Vəliyev Aqil Rəhimdil oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Aqil Vəliyevin və müəssisənin baş mühasibi Şərbətov Tural Kamil oğlunun qabaqcadan əlbir olaraq 2016-2019-cu illərdə müəssisəyə ümumilikdə 92 nəfər şəxsi işə qəbul olunmuş kimi rəsmiləşdirməklə, həmin şəxslərin adına olan plastik hesab kartlarına köçürülmüş ümumilikdə 186 min 773 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Aqil Vəliyev və Tural Şərbətova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək, cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İstintaq zamanı cinayət nəticəsində dəymiş 186 min 773 manat məbləğində maddi ziyanın dövlət büdcəsinə tam həcmdə ödənilməsi təmin edilib.
477 dəfə oxundu