Qanunsuz balıq ovu edən dəstə üzvləri saxlanılıb - FOTOLAR

Qanunsuz balıq ovu edən dəstə üzvləri saxlanılıb -


Daxili İşlər Nazirliyinin Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.

Nazirlikdən Gundeminfo.az-a verilən məlumata əsasən NBPİ əməkdaşlarınınbu istiqamətdə keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan9 nəfərdən ibarət dəstə saxlanılaraq istintaqa cəlb edilib.
Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı,2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Qanunsuz balıq ovu edən dəstə üzvləri saxlanılıb -
Qanunsuz balıq ovu edən dəstə üzvləri saxlanılıb -
Qanunsuz balıq ovu edən dəstə üzvləri saxlanılıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...