Salyanda nişan mərasimi keçirənlər cərimələndi - VİDEO

Salyanda nişan mərasimi keçirənlər cərimələndi -

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Salyan RPŞ-nın əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu kənd sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən doqquz nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...