Yarım milyon manatı mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı

Yarım milyon manatı mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı

“Amrahbank”ın Müşahidə Şurasının və “Amrahsığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.

“Report”un məlumatına görə, Səbail Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib və o, həbsdən buraxılıb.

Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmədə, vəzifə saxtakarlığında ittiham edilir. O, 2020-ci ildə həbs edilmişdi.

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, “Amrahbank” ASC-nin lisenziyası ləğv edilib.

Xatırladaq ki, Ü.İldırımzadə “Amrahbank”ın sahibi Yunis İldırımzadənin oğludur. Əmisi Yusif İldırımzadə isə uzun müdət prokuror vəzifəsində çalışıb, hazırda təqaüddədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...