Ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib - Məhkəmə-Hüquq Şurası

Ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib -

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub.

Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, bu barədə Şuranın bu gün keçirilən iclasında bildirilib.

Məlumata görə, fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.

Həmçinin, ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 013 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...