Azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı

Azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Gundeminfo.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq nəzarət postlarından kənar yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.

Belə ki, martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfər saxlanılmış və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alışov, A.Quliyev və S.Əsədov olmaları müəyyən edilib.

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...