DİN-dən “Park İnn” hotelində karantin qaydalarının pozulması xəbəri ilə bağlı AÇIQLAMA

DİN-dən “Park İnn” hotelində karantin qaydalarının pozulması xəbəri ilə bağlı

Bakıda karantin olmasına baxmayaraq, hotellərin birində kütləvi tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, martın 1-də “Park İnn” hotelində "Türkiyə Zirvə Ödülləri"nin təqdimat mərasimi keçirilib. Tədbirdə bir çox tanınmışlar da iştirak edib.

Mərasimdə 50 nəfərdən artıq şəxs toplaşıb. Hətta ara məsafə belə gözlənilməyib və bəzi şəxslər maska taxmayıblar.

Videogörüntülərdən də aydın olur ki, mükafatlandırma mərasimində karantin qaydaları pozulub.

DİN Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşaraq orada keçirilən tədbirin konfrans xarakterli olması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi müəyyən edilib.

Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər.

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumun İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirdi ki, bu məsələ qurumun səlahiyyətləri çərçivəsindən kənardır.

“TƏBİB-in işi tibbi xidmətin təşkilini təmin etməkdən ibarətdir. Qapanma və ya karantin qaydalarının yumşaldılması qərarı TƏBİB tərəfindən verilmir”, - deyə Elnarə Baxış bildirib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirildi ki, bu barədə məlumat daxil olub. Rəsmi açıqlama olan kimi ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
677 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...