Azərbaycanda azyaşlı qıza təcavüz edildi

Azərbaycanda azyaşlı qıza təcavüz edildi

Ağdaş rayonunda 16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan şəxsə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Ağdaş rayon sakini Pərvin Ramis oğlu Rasulovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Pərvin Rasulov rayon ərazisində bir qıza təcavüz edib, onunla cinsi əlaqədə olub.

Pərvin Rasulovun barəsində toplanan cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nizam Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...