Əli Heydərovun qatili danışdı: “Qətl sifarişli deyil”

Əli Heydərovun qatili danışdı:

Rusiyanın İstintaq Komitəsi “Alik Rıji” ləqəbli “qanuni oğru” Əli Heydərovun qatilinin dindirilməsi videosunu yayımlayıb.

Yenisabah.az “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, saxlanılan şəxsin adı Mətləb Sultanovdur. O, Moskvadakı İstintaq İdarəsinə gətirilib. Şübhəli şəxs qətlə görə tutulduğunu etiraf edib.


Eyni zamanda, Mətləb Sultanov qətlin sifarişli olduğunu danıb. Onun sözlərinə görə, “Alik Rıjı” onu söyüb, insident də buna görə baş verib. Sultanov cinayəti pul müqabilində törətdiyini inkar edir.

Əli Heydərov aprelin 12-də günortadan sonra Aviasiya küçəsindəki fitness klubunda güllələnib. Sonra qatilin 26 saylı avtobusla hadisə yerini tərk etdiyi məlum olub. Dağıstan əsilli 56 yaşlı sürücü kabinəsində tapança tapdığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...