Koronavirusa yoluxan həkim işə çıxdı, kabinetində saxlanıldı

Koronavirusa yoluxan həkim işə çıxdı, kabinetində saxlanıldı

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Köbər kənd sakini, Bərdə Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərən Hafiz Əliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

H. Əliyev xəstəxanadakı xidməti iş otağında müəyyən edilərək fəaliyyəti dayandırılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...