İslam Partiyasının sədr əvəzi həbs edildi

İslam Partiyasının sədr əvəzi həbs edildi

Azərbaycan dövlətinə xəyanət etməkdə təqsirləndirilən İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyev və Mehman Rzayevə hökm oxunub.

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin hökmü ilə Hacı İlham Əliyev 16 il, Mehman Rzayev isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar hər ikisi Cinayət Məcəlləsinin 274-cü (Vətənə xəyanət) və 192-ci (yalançı sahibkarlıq) maddələri ilə ittiham edilib.

İ.Əliyev çıxış edərək özünü təqsirli bilmədiyini deyib: “İranda konfransda iştirak edən zaman bir nəfər bizə maliyyə dəstəyi verməyi, kömək olmağı təklif etdi. Biz də razılaşdıq ki, onlar da adi qaydada ianə edə bilərlər. Rəsmi qaydada ianə alınmayıb. Bizim bütün fəaliyyətimiz göz önündə olub. Toplanan ianələr sayəsində ətrafımızda olan insanlara kömək etmişik.

İ.Əliyev və M.Rzayev ötən ilin fevral ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...