Azərbaycanlıları qonşu ölkədə DÖYDÜLƏR - ANBAAN VİDEO

Azərbaycanlıları qonşu ölkədə DÖYDÜLƏR -

Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” marketə kütləvi hücum olub.

KONKRET.az 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə mağaza sahibləri məlumat verib.

Mağaza sahibi Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslərdir. Q.Şamilov hücum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək, aldıqları məhsulun pulunu verməyəcəklərini dediklərini bildirib.

Onun sözlərinə görə, bu gün saat 17:00 radələrində bir qrup svan (gürcü) əsilli şəxslər mağazanın önünə gələrək, qarşısında duran gəncləri və mağaza sahiblərini döyməyə çalışıblar.

Mağaza sahibləri qeyd ediblər ki, onlar azərbaycanlılara, müsəlmanlara Dmanisidə yer olmadığı ilə bağlı ifadələr də işlədiblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək araşdırmaya başlayıblar.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...