AZAL hüquq mühafizə orqanlarına müraciət etdi - VİDEO

AZAL hüquq mühafizə orqanlarına müraciət etdi -

“Azərbaycan Hava Yolları” QSC onların adından istifadə edərək fırıldaqçılıq edənlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Bu barədə Baku TV-yə “AZAL”ın nümayəndəsi Nərmin Xəlilova bildirib.

O qeyd edib ki, fırıldaqçılar özlərini insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə veriblər: “Onlar insanları işə qəbulla bağlı bank kartlarına müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırıblar. Bildirim ki aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmır. “AZAL” QSC öz növbəsində fırıldaqçılıq faktının araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edib”.

Aviaşirkət həmçinin, ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...