Məhkəmə qərarı ləğv edildi – Mehmet Ağar yenidən mühakimə olunacaq

Məhkəmə qərarı ləğv edildi –
Türkiyənin Apellyasiya məhkəməsi keçmiş daxili işlər naziri Mehmet Ağar da daxil olmaqla, bir çox şübhəli barədə verilən bəraət qərarını ləğv etdi.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qərara əsasən Mehmet Ağar və digər şübhəlilər "Ankara JİTEM işi" olaraq bilinən 1990-cı ildə 19 nəfərin itkin düşməsi və ya edam edilməsi hadisəsinə görə yenidən mühakimə ediləcəklər.
Qərarda bildirilir ki, hadisələrdə tapılan mərmi və güllə gilizləri bu və digər maddi faktlar arasındakı əlaqə, təqsirləndirilən şəxslər, qurbanlar barədə yenidən araşdırma aparılacaq.
Məhkəmənin keçiriləcəyi günün Ankara 1-ci Ağır Cəza Məhkəməsinə göndərilən sənəddə qeyd ediləcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 006 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...