Sedat Pekerin Mübariz Mənsimov və Lotu Quli NAĞILLARI

Sedat Pekerin Mübariz Mənsimov və Lotu Quli
Son günlər türiyəli iş adamı, türkün sözü “mafiya babası” Sedat Pekerin açıqlamaları gündəmdədir. Sedat Peker hazırda laməkandır, öz təbirincə, “Türkiyə dərin dövləti”ni ifşa edir. Guya “Türkiyə dərin dövləti” azərbaycanlı iş adamı Mübariz Mənsimovu aradan götürmək istəyir və bütün mərəkə də buna görədir...

Sedat Peker hətta azərbaycanlı məşhur avtoritet Lotu Qulinin də “Türkiyə dərin dövləti”nin sifarişi ilə Bakıda həbsdən azad edildiyini və “killer” qismində İstanbula aparıldığını iddia edir.

Lotu Quli Mübariz Mənsimovu qətlə yetirməkdən imtina etdikdə (!), Mübariz Mənsimov “Türkiyə dərin dövləti”nin adamı ilə ABŞ-a göndərilir və məlum Xoca ilə tanış edilir. Sonra Müabariz Mənsimovu Xoca ilə işbirliyində şərləyib həbs edirlər. Lotu Quli isə “Türkiyə dərin dövləti”nin əli ilə qətlə yetirilir...


Göründüyü kimi, Sedat Pekerin “Türkiyə dərin dövləti”nə qaşı ittihamları çox ciddidir və hazırkı araşdırmaların predmetidir.

Sedat Peker kimdir?

Bu 50 yaşlarında, Türkiyədə “mafiya babası” və imkanlı iş adamı kimi tanınan, Türkiyə hökumətində və cinayətkar aləmində danılmaz nüfuzu olan ciddi fiqurdur. Lotu Qulinin Sedat Pekerlə çox isti, dostyana, hətta qol-qola şəkilləri var. Amma Sedat Pekerin mətbuata açıqlamaları siyasətə qoşulması kimi dəyərləndirilməlidir və bu, bütün dünyada cinayət aləmində pis qəbul edilir.

Sovetin cinayət aləmində siyasətə qoşulan avtoritetlər “apelsin” adlanırdı və aşağı “sortlu” sayılırdı.

Keçək Sedat Pekerin konkret ittihamlarına.

Adam iddia edir ki, Mübariz Mənsimov Türkiyədə kokain alverinin babası idi. Aralıq dənizində bir ada almışdı və minlərlə ton kokain Mübariz Mənsimovun neft tankerlərində ora aparılırdı, sonra bütün Türkiyəyə idxal edilirdi. “Türkiyə dərin dövləti” də məhz bu biznesi Mübariz Mənsimovun əlindən almaq üçün ona “torba tikib”.

Məlum olduğu kimi, Mübariz Mənsimov Türkiyədə ilk “onluq”a düşən ciddi iş adamı, milyarder idi. Belə bir adamın şübhəli və cinayətli bir bizneslə məşğul olması nə qədər realdır və ona nə qədər lazımdır?!

Sonra, Mübariz Mənsimov Türkiyədə məlum “Gəmi mafiyası”nın üzvü idi, ona cinayətli “narko-trafikə” qoşulmaq imkanı verilərdimi?!

ABŞ-da yaşayan və Türkiyə hakimiyyətinə düşmən olan Xoca ilə şübhəli əlaqələr iş adamı Mübariz Mənsimova nə qədər lazım idi?!

Göründüyü kimi, bu suallar bu gün də cavabsızdır. Deməli, Sedat Peker də yalan danışır. Mübariz Mənsimovun sanksiyalara məruz qalan İrandan neft daşıması və ABŞ-ın sifarişi ilə həbs olunması versiyası daha realdır...

Nəhayət, Sedat Pekerin Lotu Quliyə yapışdırmaq istədiyi “killerlik” damğası.

Məlum olduğu kimi, cinayətkar aləmdə pulla adam öldürmək pis sayılır və hətta killerlər cəzalandırılır. Bilənər bilir, bilməyənlər üçün deyim ki, Lotu Quli postsovet məkanında “qanuni oğru” adını qiyabi alan tək-tək adamlardan biri idi. Türmədə, qapalı məkanda oturan və bütün postsovet məkanında ciayətkar aləmə təsir imkanları olan yeganə avtoritet idi. Bunu hətta cinayətkar aləmin sovet əfsanələri – Ded Xasan və Yaponçik də edə bilməmişdi. Lotu Qulinin hər iki ciddi düşməni – Hikmət Sabirabadski və Rövşən Lənkəranski Azərbaycandan çox uzaqda, naməlum şəraitdə qətlə yetirilmişdi. Doğrudur, bu qətllər hamıdan çox Lotu Quliyə sərfəli idi, amma o, bu zaman hələ türmədə idi...

Bəli, Lotu Quli çox ciddi adam idi, faktiki olaraq, cinayətkar aləmin postsovet əfsanəsi idi. Belə bir adamın “killer” kimi əskik bir missiyanı boynuna götürməsi və Mübariz Mənsimov kimi hörmətli bir oğlanı öldürmək üçün Türkiyəyə getməsi nə qədər real, ağlabatandır?!

Deməli, Sedat Peker yenə də yalan danışır. Amma niyə yalan danışır, bu, onun nəyinə lazımdır?

Bəli, bu suallar da çox ciddidir və növbəti araşdırmaların predmetidir...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...