Sumqayıt sakininin ölümündə şübhəli bilinən şəxs saxlanıldı

Sumqayıt sakininin ölümündə şübhəli bilinən şəxs saxlanıldı

İyunun 06-da şəhər sakini Vahid İmanlının aldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsinə əsaslı şübhələr yaranıb və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...