Bakıda ŞOK HADİSƏ: Məktəb direktoru əxlaqsız qadınla yaxalandı - TƏFƏRRÜAT

Bakıda ŞOK HADİSƏ:

Bir müddət əvvəl Bakı şəhər Nəsimi rayon Məhkəməsində maraqlı məhkəmə prosesi keçirilib.

Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs olan Balakən rayon Qullar kənd sakini, 1983-cü il təvəllüdlü Fatimə Həsənovanın (şərti adlı) 2009-cu ildən jurnalistlik fəaliyyəti ilə məşğul olduğu, son olaraq "Vətənpərvərlər" qəzeti və musteqil.az saytında işlədiyi məlum olub. O, həmin saytdan tanışı Cavid və Sevillə birgə vaxtaşırı müxtəlif ünvanlara gedərək məlumatlar toplayıb. 2019-cu ilin iyun ayında isə Fatimə həmin şəxslərlə Nərimanov rayonu Dərnəgül qəsəbəsində yerləşən bəzi otellərdə əxlaqsızlıq yuvası təşkil edildiyini, azyaşlı qızların oraya gətirildiyini danışaraq həmin ünvana gəliblər. Əvvəlcə onlar Dərnəgüldəki "Titanik" otelinə getsələr də, burada hər hansı məlumat əldə edə bilməyiblər. Onlar daha sonra Cavidin təklifi ilə yaxınlıqdakı "Sabirabad" otelinin qarşısına gediblər. Otelin önündə dayanıb gözləyərkən onlar bir kişi ilə qadının çıxaraq avtomobilə tərəf gəldiyini görüblər və Fatimə smartfon telefonu ilə çəkiliş etməyə başlayıb.

Oteldən çıxan qadın dərhal KİA markalı avtomobilə əyləşsə də, Fatimə onun yanındakı kişini lentə ala bilib. Həmin şəxs çəkiliş aparıldığını görərək ona yaxınlaşıb və 50 manat təklif edib. Lakin Fatimə bu pulla razılaşmayaraq 50 manatı yerə atıb. Qadınla birgə oteldən çıxan şəxs isə nömrəsini ona verərək maşına minib və oradan uzaqlaşıb.

İfadələrdən məlum olur ki, hadisədən bir neçə gün sonra Cavid iş yoldaşı Fatimə həmin videonu istəyib. Lakin o, videonu sildiyini deyərək onu Cavidə göndərməyib. Ona verilən mobil nömrə vasitəsilə məlumatlar toplayan Fatimə otelin qarşısında lentə aldığı şəxsin Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərdən birinin direktoru olduğunu öyrənib və ondan daha çox pul almaq qərarına gəlib.

Məhkəmədə ifadə verən məktəb direktoru Faiq Rəhmanov (şərti adlı) bildirib ki, 2019-cu ilin iyununda tanışı olan qadınla istirahət etmək məqsədilə Nərimanov rayonundakı "Sabirabad" otelinə gedib, lakin oranın şəraiti yaxşı olmadığı üçün qısa vaxt sonra oteli tərk edib. Oteldən çıxarkən tanımadığı şəxsin onu və birgə gəldiyi qadını telefonla çəkdiyini görərək yaxınlaşıb. Həmin qadın onun təklif etdiyi 50 manatdan imtina etdiyi üçün çəkdiyi videonu sildirmək üçün mobil nömrəsini ona verib.

Bir neçə ay sonra, yəni 2019-cu ilin oktyabr ayında özünü Xəyalə kimi təqdim edən qadın direktorun məktəbdəki iş otağına zəng edərək iyunda çəkilən videonu xatırladıb. Onlar 20 Yanvar metrostansiyası yaxınlığında kafedə görüşüblər və Fatimə Faiq Rəhmanovdan video və fotoları silmək müqabilində 3 min manat istəyib. Onlar 2 min manat qarşılığında razılaşıblar. F.Rəhmanov bir neçə gün sonra 6-cı mikrorayon, Cavadxan küçəsində Fatimə ilə yenidən görüşərək ona ilkin olaraq 1000 manat verib və videonu Fatimənin telefonundan silib. Qadın şantaj etdiyi məktəb direktoruna bildirib ki, növbəti 1000 manatı verəcəyi görüşdə telefonundakı fotoları da siləcək. Lakin bu məsələnin uzanacağını düşünən məktəb direktoru şantak edilməsi barədə polisə məlumat verib. Növbəti görüş zamanı o, NJəsimi rayonu F.Əliyev küçəsindəki kafedə Fatiməyə əvvəlcədən təyin edilmiş 10 ədəd 100 manatlığı verib və telefondakı fotoları silib. Kafedən çıxmaq istəyərkən mülki geyimli polislər Fatimə Həsənovanı saxlayıblar.

Məhkəmə istintaq müddətində F.Həsənovanın ev dustaqlığında qalmasına qərar verib.

Məhkəmə prosesinin nəticəsində isə onun 1 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilməsinə qərar verilib. Belə ki, hazırda da məktəb direktoru olan F.Rəhmanov təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödədiyini və hər hansı şikayət və tələbinin olmadığını bildirib. Digər yüngülləşdirici hallar da nəzərə alınaraq Nəsimi rayon Məhkəməsi şantajçı qadını yüngül cəzaya məhkum edib./Publika.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...