Bakıda 36 yaşlı kişi qətlə yetirildi

Bakıda 36 yaşlı kişi qətlə yetirildi

İyunun 20-i saat 18 radələrində Binəqədi rayon ərazisində 1985-ci il təvəllüdlü Ramil Orucluya məxsus meyitin aşkar edilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Gundeminfo.az-a Binəqədi Payon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...