Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs TUTULDU

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs

Azərbaycanda dələduzluq etdiyi üçün beynəlxalq axtarışa verilən şəxs Gürcüstanda tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gundeminfo.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Səlimov Elşad Tofiq oğlunun – ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Elşad Səlimov barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin Gürcüstan ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Elşad Səlimov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...