Rövşən Lənkəranskinin taxtına oturan şəxş MƏLUM OLDU - Polkovnikdir...

Rövşən Lənkəranskinin taxtına oturan şəxş MƏLUM OLDU -

Rövşən Lənkəranskinin (Canıyev) taxtına oturan şəxsin adına aydınlıq gəlib.

Gundeminfo.az yenicag.az-a istinadla xəbər verir ki, həmin şəxs Rövşən Lənkəranskinin qardaşı, gömrük orqanlarında yüksək vəzifə tutmuş polkovnik Namiq Canıyevdir.

Əldə edilən məlumata görə, Namiq Canıyev gömrük orqanlarındakı tutduğu vəzifədən istefa verib və sui-qəsd nəticəsində öldürülmüş qardaşı Rövşən Lənkəranskinin yerinə keçib.

Qeyd edək ki, Namiq Canıyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev tərəfindən daha yüksək vəzifəyə təyin edilmişdi. O, gömrük orqanlarında işləməkdənsə, kriminal aləmə üz tutub, qardaşının varisi olmağı daha üstün tutub.

Xatırladaq ki, Namiq Canıyev 2017-ci ilin noyabrında İstanbulda kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) ölümündə sifarişçi kimi tanınır. O, Nadir Səlifova qarşı 11 nəfərlik qrupla sui-qəsd təşkil etməkdə ittiham olunur və xarici mətbuatda onun İnterpol xətti ilə beynəlxalq axtarışa verildiyi qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...