Mərkəzi Bank Oqtay Əsədovun qardaşının şirkətini MƏHKƏMƏYƏ VERDİ

Mərkəzi Bank Oqtay Əsədovun qardaşının şirkətini
Azərbaycan Respublikasının Mərkəzi Bankı ipoteka müqaviləsi üzrə mübahisələrlə bağlı məhkəməyə müraciət edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Mərkəzi Bank "Evint" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və "Şərq-Era" Mənzil-tikinti kooperativinə qarşı iddia qaldırıb.

Bakı Apellyasiya Məhkəməsinə göndərilən işə hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesində Əmanətlərin Sığortalanması Fondu maraqlı şəxs qismində çıxış edəcək.

Qeyd edək ki, "Evint" MMC 2001-ci ilin sentyabrında qeydiyyatdan keçib, qanuni təmsilçisi Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 031 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...