Niyaz Niftiyevin məsələsi nəzarətə götürüldü — Məhkəmənin vaxtı dəyişdi

Niyaz Niftiyevin məsələsi nəzarətə götürüldü —
Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən tanınmış jurnalist Niyaz Niftiyevin işi nəzarətə götürülüb.

Gundeminfo.az xəbər verir ki, bu barədə N.Niftiyevin vəkili Ənnağı Məmmədli məlumat verib.

Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin səhhətini nəzərə alaraq avqustun 23-nə təyin edilən məhkəmənin vaxtı dəyişdirilərək sabaha – 17 avqusta təyin edilib.

Vəkil bildirib ki, N.Niftiyevin avqustun 10-dan başladığı aclıq aksiyası davam edir və onun səhhətində problemlər yaranmağa başlayıb. Qeyd edək ki, bu gün səhər 240-dan çox tanınmış şəxs Niyaz Niftiyevin səhhətinin nəzərə alınması, onun azadlığa buraxılması üçün Baş prokuror Kamran Əliyevə və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət ediblər.(bakupost.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...