Sabirabadda ailə faciəsi: Dəhşətli cinayətin SƏBƏBİ bilindi

Sabirabadda ailə faciəsi:
Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda dəhşətli cinayət törədilib.

Hadisə Əsgərbəyli kəndində qeydə alınıb.

Məlumata görə, Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabadın Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və onun atasını, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu öldürüb. O daha sonra özünü güllələyərək intihar edib.
Sabirabadda ailə faciəsi:

Üç nəfərin öldüyü cinayət hadisəsi N.Məhərrəmovun qayınatası Ə.Əflatunovun evində baş verib.

Gundeminfo.az Modern.az-a istinadən xəbər verir ki, Əsgərbəyli kəndinin kənd nümayəndəsi Afət İsgəndərov ailə faciəsinin qısqanclıq zəminində baş verdiyini söyləyib.

İcra nümayəndəsi bildirib ki, hazırda faktla əlaqədar dövlət qurumları tərəfindən araşdırma aparılır. Cinayətin detalları istintaq tərəfindən müəyyən edildən sonra ictimaiyyətə məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
587 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...