DİN-dən “Beerline Pub”ın qarşısındakı dava ilə bağlı AÇIQLAMA

DİN-dən “Beerline Pub”ın qarşısındakı dava ilə bağlı

Daxili İşlər Nazirliyi “Beerline Pub”ın qarşısında baş verən insidentlə bağlı açıqlama verib.

Gundeminfo.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, sentyabrın 12-si saat 23:40 radələrində Bakı şəhər sakini O.Tağızadə və qardaşı K.Tağızadənin Xətai rayonu Xocalı prospekti 25-də yerləşən “Beerline Pub”un qarşısında Bakı şəhər sakini R.Xammədovla aralarında mübahisə yaranıb.

Mübahisə zamanı R.Xammədov O.Tağızadəni bir dəfə yumruqla üz nahiyyəsinə vuraraq ona bədən xəsarəti yetirib. Hadisə zamanı tərəflər arasında baş verən insidentdən sonra ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hər 3 şəxs saxlanılaraq ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılıb və onların izahatları alınıb.

Hazırda baş verən xuliqanlıq faktı ilə bağlı zəruri təhqiqat araşdırmaları davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...