Rüşvətə görə həbs ediən direktor və şöbə müdirinə hökm oxunub
Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ələkbərov Xaləddin Qasım oğlu və həmin kollecin Əyani şöbəsinin müdiri vəzifəsində işləmiş Dursunov İlqar Tahir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, X. Əkbərov 8 il 6 ay, İ. Dursunov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, həmin şəxslərin qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq tədbirləri ilə qeyd olunan vəzifələrdə işləyərkən Xaləddin Ələkbərov və İlqar Dursunovun 2019-2020-ci tədris ilində kollecdə təhsil alan 90 tələbədən imtahanlarda müsbət qiymətlərin yazılması və dərslərdə iştirak etmədən semestr imtahanlarına buraxılması müqabilində 2019-cu ilin dekabr ayının ortalarından 2020-ci ilin yanvar ayının sonunadək olan müddətdə kollecin inzibati binasında ümumilikdə 12 min100 manat məbləğdə pul vəsaitini almalarına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Xaləddin Ələkbərov və İlqar Dursunov barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib, avqustun 21-də isə onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 31 avqust 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
775 dəfə oxundu