Dəmir yolundan relsləri oğurlayan dəstə ələ keçdi

Dəmir yolundan relsləri oğurlayan dəstə ələ keçdi

Füzuli rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 49 ədəd rels oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində Horadiz-Mincivan dəmir yolunun Füzuli rayonu ərazisindən keçən hissəsindən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 49 ədəd relsi oğurlayan üç nəfər saxlanılıb.

Polis əməkdaşları tərəfindən onların Beyləqan rayon sakini İ.Həsənov, Bakı şəhər sakini Z.Zahidov və Ağdam rayon sakini M.Musayev olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...