Astarada gəlinlər arasında dava düşüb, onlardan biri bıçaqlanaraq öldürülüb

Astarada gəlinlər arasında dava düşüb, onlardan biri bıçaqlanaraq öldürülüb
Astara rayonunda gəlinlər arasında dava düşüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə qayını arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...