Polis saxta COVID pasportunu xəstəxananın vəzifəli şəxsləri ilə birgə satıb

Polis saxta COVID pasportunu xəstəxananın vəzifəli şəxsləri ilə birgə satıb
Neftçala rayon Polis Şöbəsinin əməkdaşının xidməti fəaliyyəti ilə bağlı təhkim olunduğu xəstəxanada vəzifədə olarkən saxta COVID-19 pasportu satması faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, Neftçala rayon Polis Şöbəsinin sabiq əməkdaşı Elmar Xankişiyevin Neftçala RMX-nın vəzifəli şəxsləri ilə əlbir olaraq ayrı-ayrı şəxslərə saxta COVID-19 pasportu vermələri müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, Elmar Xankişiyev daxili işlər orqanlarında xidmətdən xaric edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 123 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...