Saxta COVID pasportu verən vəzifəlilərə cinayət işi açıldı

  Saxta COVID pasportu verən vəzifəlilərə cinayət işi açıldı
Lerik rayon icra hakimiyyəti başçısının Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri aşkar olunub.

Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsi Eminəli Həşimovun Xanəgah kənd tibb məntəqəsinin tibb qardaşı Elşən Fərzili və Lerik rayon mərkəzi xəstəxanasının operatoru Ayət Səmədov ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı saxta tibbi sənədlər tərtib etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...