Neftçalanın sabiq icra başçısı apellyasiya şikayəti verib

Neftçalanın sabiq icra başçısı apellyasiya şikayəti verib

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər təqsirləndirilən şəxslər barəsində hökmdən apellyasiya şikayəti verilib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Şikayətə yaxın günlərdə baxılması gözlənilir.

Qeyd edək ki, Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Digər qərarla Gültəkin Sadıqovaya 6 il 6 ay, Telman Zahidova 8 il 3 ay, Əjdər Kərimovaya 8 il 6 ay, Anar Cəfərova 8 il, Vurğun Əkbərova 9 il, Vüqar Nağıyevə 8 il həbs cəzası verilib. report



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...