Qəzanın bəzi detalları ilk dəfə açıqlandı: "Helikopter yerə iki dəfə dəyib..." - VİDEO
Noyabrın 30-da DSX-nin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə bağlı bəzi detallar ortaya çıxıb.
Gundeminfo.az xəbər verir ki, bununla bağlı “Real TV”nin efirində yayımlanan “Mirşahinin vaxtı” verilişində məlumat verilib.
Bildirilir ki, qəza baş verən zaman helikopter toxunuşlarının arası bir neçə saniyə olmaqla iki dəfə yerə dəyib. Birinci çırpılmada bəzi hissələr, o cümlədən kiçik təkər, maşına məxsus pilləkən və raket bloku gövdədən ayrılaraq kənara düşüb. Ehtimal olunur ki, məhz ilk toqquşma nəticəsində təkan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Əbilovu helikopterin zərbə anında parçalanmış hissələrindən bayıra tullayıb. Nəticədə hər iki hərbçi həyat üçün xüsusi təhlükəsi olmayan xəsarətlər almaqla ölümdən qurtulub.
Ardınca helikopterin pərinin fırlanmasının gücü, eləcə də torpaqla toqquşmadan sonra maşının gövdəsinin yerin üzərilə dartılaraq sürüşməsi ikinci təkana səbəb olub. Bu isə yanacaq çənini yırtıb. Beləliklə, yanacaq bayıra axmağa başlayıb. Ani qığılcımdan yanğın baş verib. Torpaq səthinə ikinci çırpılmada baş verən yanğın partlayışla nəticələnib və 14 nəfər həlak olub.
Qəza necə baş verə bilərdi? Müəllif süjetdə bildirir ki, Ceyhun Əhmədxanovun şəhadətindən biraz əvvəl illuminatordan çəkdiyi şəkildə ikinci helikopter də görünür. Bu helikopterin enişi üçün komanda məhz qəzaya uğrayan maşından verilib. Və eniş baş tutub. Bunun ardınca qəzaya uğrayan maşın eniş etməli imiş. Amma qəza qeydə alınıb.
Rəsmi məlumatlara görə, qara qutu normal vəziyyətdədir. Burda olan məlumatlar da öyrəniləndən sonra qısa zamanda hadisənin bütün səbəbləri barədə ətraflı məlumat veriləcək.
2 041 dəfə oxundu