Suraxanı da koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

Suraxanı da koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

DİN-dən GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bu şəxslər barəsində Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırmalara başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...