Yardıma gedən polislərə hücum edildi

Yardıma gedən polislərə hücum edildi

Dekabrın 19-da DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Cəlilabad şəhər sakini F.Quliyev yaşadığı evdə atası, əvvəllər məhkum olunmuş Faiqin sərxoş vəziyyətdə münaqişə yaratdığını və onları öldürməklə hədələdiyini bildirmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən dərhal Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlmişlər. F.Quliyev nizam-intizama dəvət olunmuş, lakin o, polis əməkdaşlarını təhqir etmiş və qaz sobasının üzərindən götürdüyü dəmir tava ilə polis əməkdaşlarından birinə xəsarət yetirmişdir.

F.Quliyev saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi başlanmışdır.

Xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...