Vətəndaşlarla kobud davranan rəis işdən çıxarıldı

Vətəndaşlarla kobud davranan rəis işdən çıxarıldı

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov paytaxt rayonlarından birinin yol polisi rəisini vəzifəsindən azad edib.

GUNDEMİNFO.AZ xəbər verir ki, V.Eyvazovun əmri ilə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Onun vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayət daxil olub. Daxili araşdırma nəticəsində nazirin əmri ilə M.Fətəliyev vəzifəsindən azad olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...