Azərbaycan dənizçisi Qazaxıstan limanında gəmidən özünü suya atıb

Azərbaycan dənizçisi Qazaxıstan limanında gəmidən özünü suya atıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Qarabağ” gəmisi-bərəsi göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb.

Bu barədə ASCO məlumat yayıb.

Bildirilir ki, dekabr 29-dan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.

Dekabr 30-u, saat 08:45-də “Qarabağ” gəmisi reyddə lövbərdə dayanan vaxt 3-cü mexanik 1981-ci il təvəllüdlü Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.

Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq dənizçi xilasedici dairəni tutmayıb.

Gəmi heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz olunması üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.

Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyatı qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...