Şadlıq sarayında qaydalar pozuldu

Şadlıq sarayında qaydalar pozuldu
“Alyans” şadlıq evinin rəhbəri karantin qaydalarını pozduğu üçün inzibati qaydada həbs edilib. Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “Alyans” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Gundeminfo.az-a verilən məlumata əsasən polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 150 nəfərdən artıq şəxsin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub.

Tədbir nəticəsində şadlıq evini icarə əsasında işlədən Rufan Qasımov Abşeron Rayon Polsi İdarəsinin əməkdaşları tərəfindən  saxlanılıb. 

Onun barəsində inzibati protokol tərtib edilib və məhkəmənin qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.
Şadlıq sarayında qaydalar pozuldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...