Məhkəmə Saleh Rüstəmli ilə bağlı ekspertiza təyin etdi

Məhkəmə Saleh Rüstəmli ilə bağlı ekspertiza təyin etdi
Gədəbəy rayonunun həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmlinin səhhətində olan problemlərlə bağlı cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı vəkilləri tərəfindən verilən vəsatətə baxılıb.

Qaynarinfo xəbər verir ki, bu gün Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində tibbi ekspertiza təyin edilib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...