Sabiq icra başçısının məhkəməsində hakim dəyişdirilir

  Sabiq icra başçısının məhkəməsində hakim dəyişdirilir

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin barəsində olan cinayət işi üzrə məhkəməyə sədrlik edən hakim dəyişdirilir.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, buna səbəb Lənkəran Ağır Cinayətlər Məhkəməsində M.Quliyevin barəsindəki cinayət işinə sədrlik edən hakim İlkin Abdullayevin Şirvan Apellyasiya Məhkəməsinə təyinat alması olub.

Bu səbəbdən M.Quliyevin barəsində olan cinayət işinə baxılması başqa hakimin icraatına veriləcək.

Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, koronavirusa yoluxan Biləsuvarın sabiq icra başçısı bir müddət əvvəl Dövlət Gömrük Xidmətinin ixtisaslaşmış
Hospitalında müalicə aldıqdan sonra reabilitasiya mərkəzinə köçürülüb.

Məhkəmənin hazırlıq və ilk baxış iclası hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilib.

Xatırladaq ki, Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...